DÜNYA


Qazaxıstanın paytaxtında sutka ərzində yağan qar bir aylıq normaya bərabərdir

Nur-Sultan, 25 noyabr, AZƏRTAC

Noyabrın 24-ü və 25-nə keçən gecə Nur-Sultanda düşən yağıntının miqdarı 25 millimetr təşkil edib. Qarın hündürlüyü 28 santimetrdir.

AZƏRTAC xəbər verir ki, noyabr ayında paytaxtda yağıntı norması 28 millimetrdir, gün ərzində ölkənin əsas şəhərinə aylıq yağıntı norması düşüb və qar hələ də yağmağa davam edir.

Qazaxıstan Hidrometeorologiya Mərkəzinin məlumatına görə noyabr ayının 1-dən 25-nə qədər paytaxta düşən yağıntıların miqdarı 45,1 millimetrdir. Bu da aylıq normadan 2 dəfə çoxdur.

Qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın Nursultan Nazarbayev Hava Limanında 12 reys təxirə salınıb.

Paytaxtda pis hava şəraiti səbəbindən məktəblilər üçün ikinci növbənin dərsləri də ləğv edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.