DÜNYA


Qazaxıstanın qızıl-valyuta ehtiyatları artıb

Nur-Sultan, 14 sentyabr, AZƏRTAC

Qazaxıstanın qızıl-valyuta ehtiyatları bir ay ərzində 1,8 milyard dollar artaraq 36,8 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının sədri Yerbolat Dosayev bildirib.

Onun sözlərinə görə, qızılın qiymətinin 0,8 faiz azalaraq 1 unsiya üçün 1814 ABŞ dollarına düşməsinə baxmayaraq, qızıl ehtiyatı 134 milyon ABŞ dollar artıb.

Mərkəzi Bankın rəhbəri bildirib ki, Milli Fondun aktivləri də daxil olmaqla ümumi beynəlxalq ehtiyatlar bir ay ərzində 1,8 milyard dollar artaraq 93,7 milyard dollar təşkil edib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.