MƏDƏNİYYƏT
Qazaxıstanın xəbər portalında ölkəmizlə bağlı yazı yerləşdirilib
Nur-Sultan, 27 yanvar, AZƏRTAC
Qazaxıstanın “Weproject.media” internet portalında Azərbaycanla bağlı yazı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Qədim sivilizasiyaların izləri, nadir təbiət hadisələri və zəngin mətbəxi - niyə Azərbaycana səfər etmək lazımdır” adlı məqalədə ölkəmizin görməli yerləri, mətbəxi, təbiəti, turizm və mədəniyyəti, eləcə də tarixindən bəhs olunub.
Azərbaycanın nadir at cinsi - Qarabağ atlarının vətəni olduğu, ölkə ərazisində doqquz iqlim qurşağının mövcudluğu, burada yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, planetdə mövcud palçıq vulkanların demək olar ki, yarısının Azərbaycanda olduğu, Qobustan qayaüstü rəsmlərinin UNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilməsindən ətraflı bəs olunub.
Məqalədə oxuculara Azərbaycana səyahət etmək üçün bir çox səbəblərin olduğu qeyd edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]