DÜNYA


Qazaxıstanla Türkiyə arasında aviareyslər iyun ayında bərpa oluna bilər

Nur-Sultan, 23 may, AZƏRTAC

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf naziri Beybut Atamkulov, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu iki ölkə arasında uçuşların bərpa edilməsi imkanlarını müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, nazirlər, hər iki ölkədə əlverişli epidemioloji vəziyyət olduğu təqdirdə, cari ilin iyun ayının üçüncü ongünlüyündə bütün lazımi sanitariya tədbirləri görülərək sərnişinlər üçün rahat şəraitin yaradılmasını nəzərə almaqla, uçuşların bərpa olunmasının mümkünlüyünü nəzərdən keçiriblər.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca tranzit daşınmaları 2 dəfə artaraq 7,4 min konteyner təşkil edib.

Hər iki ölkə arasında bu ilin birinci rübü üzrə dəmiryol daşımalarının 10 faiz artıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 239 min ton, avtomobil nəqliyyatı isə 42 faiz artaraq 65,2 min tona çatıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.