ELM VƏ TƏHSİL


Qazaxıstanlı alimlər Əlyazmalar İnstitutunda arxeoqrafik sənədlər üzərində tədqiqat aparırlar

Bakı, 1 iyul, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində yerləşən Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun elmi işçiləri Jannat Saltakova və Nəsihət Mürsəlimova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ezamiyyətdədirlər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qonaqlara əlyazmaların toplanması, onların mühafizəsi və bərpası, institut kitabxanasının fəaliyyət istiqaməti barədə geniş məlumat verib.

Daha sonra qonaqlar institutun Ekspozisiya zalında qədim əlyazmalarla tanış olublar. Qazaxıstanlı tədqiqatçılar iyulun 3-dək Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olacaqlar. Onlar bu müddətdə “Qazaxıstanın əlyazma irsi millətin “Ruhi dirçəlişi”nin paradiqması kimi: əlyazmaların toplanması, mühafizəsi, sistemləşdirilməsi, elektron kataloqun yaradılması, araşdırılması və nəşri” mövzusunda tədqiqat işi üçün material toplayacaqlarını bildiriblər. Bu məqsədlə qonaqlara institutun fondunda qorunan arxeoqrafik sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.