İDMAN
Qazaxıstanlı azarkeş: Bakıda Türkiyə komandasından qələbə gözləyirik
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyə millisinə azarkeşlik edirəm. Arzulayırdıq ki, İsveçrə və Uels oyununda hesab heç-heçə olsun. Çünki onlar rəqib komandalardır. Oyun istədiyimiz nəticə ilə başa çatdı. Bakıda Türkiyədən qələbə gözləyirik.
Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn Türkiyə millisinin qazaxıstanlı azarkeşi Qaydar Abdikarimov AZƏRTAC-a müsahibəsində deyib.
Bakının bir sıra görməli yerlərini gəzməyi planlaşdırdığını qeyd edən qonaq deyib: “Çoxdan Bakıya gəlməyi arzulayırdım. Küləklər şəhəri öz gözəlliyi, təbiəti ilə insanı valeh edir”.
Q.Abdikarimov Bakıda insanların çox mehriban və istiqanlı olduqlarını, onlardan kömək istəyəndə bunu məmnuniyyətlə etdiklərini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]