İDMAN


Qazaxıstanlı güləşçilər Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

Qazaxıstanlı güləşçilər Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 25 mart, AZƏRTAC

Martın 13-dən Göygöl Olimpiya İdman Kompleksində Azərbaycanın Qərb bölgəsinin yeniyetmələrdən ibarət seçmə komandası ilə Qazaxıstanın eyni yaş qrupu üzrə millisi birgə təlim-məşq toplanışı keçir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ikihəftəlik hazırlıq prosesində sərbəst güləş üzrə yeniyetmələr arasında dünya və Avropa mükafatçıları da iştirak edirlər.

Həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edən təlim-məşq toplanışı yaxın günlərdə Bakı İdman Sarayında keçiriləcək U-20 və U-17 Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.