CƏMİYYƏT
Qazaxıstanlı onkoloq Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında mühazırə oxuyub
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Tibb Universiteti ilə xaricdə fəaliyyət göstərən tibb universitetləri arasında təcrübə mübadiləsinin aparılması ənənəyə çevrilib. Tibbin ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış mütəxəssislər qarşılıqlı razılaşma əsasında təşkil olunan müxtəlif konfrans və seminarlarda iştirak edir, mühazirələr oxuyurlar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin Onkologiya və vizual diaqnostika şöbəsinin kurs rəhbəri, Regional Perinatal Mərkəzin doktoru, tibb elmləri namizədi Yerbolat İztleuov II mamalıq-ginekologiya kafedrasında keçirilən elmi seminarda mühazırə oxuyub.
Mühazirədə ginekologiyanın mövcud problemlərinə toxunulub və bu sahədə tətbiq edilən yeniliklərdən bəhs edilib.