SİYASƏT
Qazaxıstanlı politoloq: 44 günlük müharibədə biz hər bir azərbaycanlıda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu gördük VİDEO
Nur-Sultan, 10 oktyabr, AZƏRTAC
Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizədə tarixi ədalət qalib gəldi və bütün dünya bunun şahidi oldu.
Bunu AZƏRTAC-a müsahibəsində Qazaxıstan Avrasiya İnteqrasiya İnstitutu politoloqu Samat Nurtaza deyib.
Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfəri zamanı gördükləri ilə bağlı təəssüratlarını bölüşən politoloq bildirib: “Qarabağa - Füzuli, Ağdam və Kəlbəcər rayonlarına səfər zamanı gördüklərim məni təsirləndirdi. Gəncədə raket hücumu nəticəsində dağılmış evlərin, yerə səpələnmiş uşaq oyuncaqlarının görüntüsü kədərləndirici idi.
İkinci Qarabağ müharibəsində biz hər bir azərbaycanlıda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu, Qələbə naminə canlarından keçməyə hazır olduqlarını gördük.
Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətinin yerinə yetirməsinə çox sevindik və əminik ki, Azərbaycanın bundan sonra daha da inkişaf etməsinin şahidi olacağıq”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan