SİYASƏT


Qazaxıstanlı politoloq: Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır VİDEO

Nur-Sultan,8 oktyabr, AZƏRTAC

Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında eskalasiyanın şahidi oluruq. Bu münaqişə 30 ilə yaxındır ki, həllini tapmayıb. Beynəlxalq ictimaiyyət bu məsələnin birbaşa həllini tapmağa çətinlik çəkir. Hər hansı bir dövlət, xalq ölkəsinin ərazi bütövlüyünü qorumağa çalışır. Bu baxımdan bu gün Azərbaycan öz torpaqlarını və ərazi bütövlüyünü qorumağa çalışır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində qazaxıstanlı politoloq Kazbek Mayqeldinov bildirib.

O qeyd edib ki, Qazaxıstan münaqişənin beynəlxalq hüququn normaları əsasında həllinin tərəfdarıdır. Türkiyə Azərbaycana əsl qardaş kimi mənəvi dəstək göstərir. Əslində, qazax xalqı sosial şəbəkələrdə “Mən azərbaycanlıyam” çağırışı edir. Bu, qazax xalqının belə çətin məqamda türk qardaşlarına mənəvi dəstək göstərmək istəklərindən irəli gəlir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.