CƏMİYYƏT


Qazaxıstanlı politoloq və jurnalistlərdən ibarət qrup Azərbaycanda səfərdədir

Nur-Sultan, 12 noyabr, АZƏRTAC

Qazaxıstanın ictimai fəallarında, politoloq, jurnalist və blogerlərindən ibarət qrup Azərbaycanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər, Ermənistanın mülki yaşayış məntəqələrinə raket hücumlarının nəticələri ilə yerində tanış olmaq, son hadisələr fonunda Azərbaycana dəstək ifadə etməkdir.

Səfər çərçivəsində qazaxıstanlı ekspertlərin rəsmi görüşləri, Gəncə və Bərdə şəhərlərini ziyarəti, azərbaycanlı həmkarları və yerli televiziya kanallarında çıxışları da nəzərdə tutulur.

Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunan səfər noyabr ayının 15-dək davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.