MƏDƏNİYYƏT


Qazaxıstanlı qonaqlar Bakı Xoreoqrafiya Akademiyasında olublar

Bakı, 15 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın Mədəniyyət və idman naziri Aktotı Raimkulova və Təhsil naziri Asxat Aymaqambetovun başçılıq etdikləri nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olublar.

AZƏRTAC xəbər verir ki, qonaqları qəbul edən akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ölkəmizdə elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən uğurlu siyasətdən, xüsusilə də xoreoqrafiya təhsili sahəsində nailiyyətlərdən, o cümlədən akademiyanın beynəlxalq əlaqələrindən bəhs edib.

Hər iki ölkənin Xoreoqrafiya akademiyaları arasında olan əməkdaşlıqdan danışan rektor bağlanmış sazişə əsasən müəllim və tələbə mübadiləsi, elmi-pedaqoji kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və layihələrin həyata keçirilməsi məsələlərini qonaqlarla müzakirə edib. Qonaqlar da öz növbəsində xoreoqrafiya sənəti və təhsili sahəsində Bakı Xoreoqrafiya Akademiyasının timsalında Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacib olduğunu və əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.

Sonra qonaqlar akademiya ilə tanış olub, təhsil ocağının klassik və milli rəqs müəllimlərinin dərslərini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.