REGİONLAR


Qazaxıstanlı turist: Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik VİDEO

Şəki, 2 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

İlk növbədə, xalqınızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında tarixən mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etməsini arzulayıram. Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik.

Bu sözləri Qazaxıstanın Karaqanda şəhərindən olan turist Reyhan Qolimuliva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

On gündən çoxdur Naftalan şəhərindəki “Qaşaltı” sanatoriyasında dincəldiyini vurğulayan turist Şəkiyə ekskursiyanın onda çox böyük təəssürat oyatdığını bildirib.

Azərbaycanlılarla ünsiyyətdə olmağın çox xoş olduğunu qeyd edən qazaxıstanlı qonaq deyib: “İnsanlarınız çox diqqətli və səmimidirlər. Onlar turistlərə hər vasitə ilə kömək etmək istəyirlər. Ölkənizin bütün bölgələri gözəldir. Mən öz şəhərimə xoş təəssüratlarla qayıdacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.