REGİONLAR


Qazaxıstanlı yazıçı-publisist: 44 günlük müharibənin hər gününü həyəcanla izləmişəm

Şuşa, 18 aprel, AZƏRTAC

Qazaxıstanlı yazıçı-publisist Nasixa Kenjina Şuşa şəhərində səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qarabağ. Evə doğru uzun yol” kitabının müəllifi olan yazıçı Şuşada qala divarlarını, Xan qızı Natəvanın evini, Bülbülün ev-muzeyini ziyarət edib, Cıdır düzündə olub. Ona Şuşa şəhəri, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.

“Qəlbən həmişə sizinlə olmuşam. Həmişə arzulamışam ki, qələbə qazanasınız”, – deyən Nasixa Kenjina Şuşada Azərbaycana olan sevgisindən danışıb, bu torpaqları doğma diyar adlandırıb: “Həmişə arzulamışam ki, Azərbaycan qələbə qazansın. 44 günlük müharibənin hər gününü həyəcanla izləmişəm. Bu müharibə doğrudan da Vətən müharibəsi oldu. Çünki bu günlər ərzində xalq birlikdə Vətənin müdafiəsinə qalxdı. Qarabağın, Şuşanın işğaldan azad olunması məni çox sevindirir. Çox şadam ki, Şuşadayam”.

“Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov bildirib ki, Nasixa Kenjina Azərbaycan haqqında indiyədək üç kitabın müəllifidir. Sonuncu - “Qarabağ. Evə doğru uzun yol” kitabının təqdimatı Alma-Atı şəhərində olub. Nasixa xanım bu kitabı ilə Qazaxıstan xalqının Azərbaycana məhəbbətini göstərib.

Qeyd edək ki, “Qarabağ. Evə doğru uzun yol” kitabında Qarabağ müharibəsi, Xocalı soyqırımı, 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsindən, Azərbaycanın qazandığı Qələbədən bəhs edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.