REGİONLAR


Qazi Bayram Kərimov: Əsirlikdə gördüyüm zülmləri bu gün həyəcanla xatırlayıram VİDEO

Gəncə, 8 avqust, Elcan Məmmədov, AZƏRTAC

Vətən müharibəsi zamanı noyabrın 8-də Xankəndi uğrunda gedən döyüşlərdə əsir düşdüm. Huşumu itirdiyimə görə gözümü açanda elə bildim öz əsgərlərimizin yanındayam. Ancaq sonradan əsgərlərin formalarını və danışıqlarını eşidəndə məlum oldu ki, əsir düşmüşəm. Ağır yaralarım olmasına baxmayaraq erməni həkimlər mənə və döyüş yoldaşlarıma baxmırdı. Əsirlikdə gördüyüm zülmləri bu gün həyəcanla xatırlayıram.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi Bayram Kərimov deyib.

Bayram 44 günlük Vətən müharibəsində Füzuli, Şuşa və Xankəndi istiqamətində döyüşlərdə iştirak edib və yaralanaraq ermənilərə əsir düşüb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata əsasən, əsir və girovluqda olan 14 nəfər, o cümlədən B.Kərimov dekabrın 14-də Azərbaycana qaytarılıb.

“Əsir düşəndə tək arzum şəhid olmaq idi. Çünki əsir həyatı yaşamaq çox çətindir. İnsana göstərilən münasibət adamın həyata nifrətlə baxmasına səbəb olur. Deyiləndə ki, biz ölkəmizə təhvil verilirik inanmadım. Elə bildim bizi aldadırlar. Gözümü açıb başımın üzərində bayrağımızı görəndə yaşadığım sevincin isə həddi-hüdudu yox idi. Ayaqlarım işləmirdi yoxsa dizlərimi yerə qoyub torpağı öpərdim,”- deyə qazi Bayram Kərimov deyib.

Prezident İlham Əliyevin müharibə iştirakçılarına, şəhid ailələrinə olan yüksək diqqət və qayğısını Bayram da hiss edir. O, dövlət tərəfindən mənzillə təmin olunmaqla yanaşı, həmçinin sosial müavinət alır və müalicəsi hələ də davam edir.

Bayram Kərimov ona və onun kimi bütün qazilərə göstərilən diqqətdən məmnun olduğunu deyib: “Bu gün başda Ali Baş Komandan İlham Əliyev olmaqla mənim kimi qazilərin müalicə olunması, evlə təmin olunması, həmçinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu torpaqlar bizimdir. Biz öz torpaqlarımız uğrunda döyüşmüşük. Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.