CƏMİYYƏT


Qazi: Biz gənclər döyüş meydanında, Prezident İlham Əliyev isə siyasi arenada vuruşurdu

Bakı, 2 fevral, AZƏRTAC

Sevinirik ki, Prezident İlham Əliyevin bizə olan etimadını doğrultduq. Vətən müharibəsində Zəfər qazanaraq ərazilərimizi özümüzə qaytardıq. Bundan sonra da Vətənimizin keşiyində canla-başla dayanmağa hazırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Vətən müharibəsi qazisi Elçin Əhmədov fevralın 2-də Gənclər Günü münasibətilə Milli Məclisdə “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda keçirilən ictimai dinləmədə söyləyib.

“Biz gənclər döyüş meydanında düşmənlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə siyasi arenada bütün dünya ilə, bizi istəməyən qüvvələrlə vuruşurdu. Biz bir yumruq olduq və şanlı Zəfər çaldıq”, - deyə Vətən müharibəsinin qazisi vurğulayıb.

Elçin Əhmədov dövlətimizin şəhid ailələrini, qaziləri hər zaman diqqətdə saxladığını da qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.