CƏMİYYƏT


Qazi və ailəsi sosial dəstəklə təmin edilir

Bakı, 25 yanvar, AZƏRTAC

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vüsalı ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Atası vəfat edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaxın günlərdə Vüsala əlillik dərəcəsi təyin olunacaq, birdəfəlik sığorta ödənişi, hər ay Prezidentin aylıq təqaüdü və müavinətlə təmin ediləcək. Bu barədə ona və ailə üzvlərinə məlumat verilib.

Qazinin həyat yoldaşına aylıq əsasda ünvanlı sosial yardım ödənilir.

Qardaşı marketdə işləyir. Anası üçün isə istəyinə uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində broyler inkubatoru sahəsi üzrə təsərrüfat yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.