DÜNYA
Qaziantepdə terror aktı nəticəsində ölənlərin 22-si uşaqlardır
Bakı, 22 avqust, AZƏRTAC
Türkiyədə toy mərasimində törədilən partlayış nəticəsində həlak olan 53 nəfərin azı 22-si yaşı 14-dən az olan uşaqlardır.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktında 12-14 yaş arasında olan “canlı bombadan” istifadə olunduğunu bildirib.
Xatırladaq ki, partlayış avqustun 20-də Türkiyənin cənubunda yerləşən Qaziantep şəhərində açıq havada keçirilən toy mərasimi zamanı törədilib. Ən son məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Hazırda müalicəsi davam edən 69 yaralıdan 17-nin vəziyyəti ağırdır.
Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, terror aktının İŞİD tərəfindən törədildiyi təxmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]