CƏMİYYƏT


Qazinın ailəsi üçün sosial dəstək işləri aparılır

Bakı, 28 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsinin qazisi Abdurahmanov Dəniz Əziz oğlunu ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Zaqatala rayonunun Lahıc kəndindən olan D.Abdurahmanov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.

Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. 24 yaşlı Dəniz müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışıb. Atası müharibə veteranı kimi aylıq təqaüdlə təmin olunur, anası evdar qadındır. Dəstək məqsədilə ilk növbədə ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradılması qərara alınıb. Eyni zamanda, qazinin əlilliyinin qiyimətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda ona birdəfəlik sığorta ödənişi, aylıq əsasda sosial ödənişlər təyin olunacaq.

Bu barədə Dənizə və ailə üzvlərinə məlumat verilib, onların yaşayışının diqqətdə saxlanacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.