CƏMİYYƏT


Qazma qurğusunda baş verən yanğın söndürülüb

Bakı, 18 may, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonunda yanalma körpüsündə doğranmaqda olan dörd kayutdan ibarət üçmərtəbəli üzən qazma qurğusunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində qurğunun ikinci mərtəbəsində dəmir konstruksiyalardan və şüşə-pambıqdan ibarət üzlük 130 kvadratmetr sahədə yanıb. Qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.