REGİONLAR


Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı VİDEO

Qəbələ, 31 iyul, Mustafa Dadaşov, AZƏRTAC

X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi həvəskarları qarşısında bu dəfə festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin Janna Qandelman (violin, İsrail), Annel Greqori (violin, ABŞ), Olqa Yermakova (piano) və Şükür Səmədov (klarnet) çıxış ediblər.

Konsertdə Sergey Raxmaninovun “Romans lya-minor”, Anton Rubinşteynin “Violin və fortepiano üçün 3 nömrəli sonata”, Reynqold Qilerin “Violin və violonçel üçün 8 duet”, İohannes Bramsın “Klarnet, violonçel və fortepiano üçün trio” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.