REGİONLAR


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada təcrübə proqramında iştirak edəcəklər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada təcrübə proqramında iştirak edəcəklər

Qəbələ, 3 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Almaniyada 8 aylıq Təcrübə Proqramında iştirak hüququ qazanıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan bir qrup tələbəsi Almaniya Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri tərəfindən təşkil olunan onlayn müsahibə mərhələsini uğurla keçiblər. Belə ki, bankın nümayəndələri tərəfindən Mərkəzin aqrar ixtisaslar üzrə təhsil alan tələbələrlə keçirilən müsahibə zamanı 7 tələbə mövzular üzrə ünvanlanmış sualları düzgün cavablandırıb və seçim meyarlarına uyğun gəldikləri üçün 8 ay müddətində Almaniyada təcrübə keçmək hüququ qazanıblar.

Bundan başqa, Peşə Təhsili üzrə Dövlət Agentliyinin koordinasiyası ilə Almaniya Əmanət Bankı Maliyyə Qrupunun nümayəndələri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub və bu ölkədə təcrübə keçmək üçün seçilmiş tələbələrə “Fermer biznes oyunu” və “Təsərrüfatın davamlı idarəedilməsi” mövzularında təlimlər keçiblər. Eyni zamanda, həmin tələbələr alman dilinin mənimsənilməsi üçün onlayn şəkildə təlimlərdə də iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.