ELM VƏ TƏHSİL


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ekskursiyada olublar

Bakı, 14 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günü çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisası üzrə təhsil alan I kurs tələbələri Qəbələ rayonu Tarix–Diyarşünaslıq Muzeyində ekskursiyada olublar.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tələbələrə muzey haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeydə 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş olunur. Muzeyin 900 kvadratmetrlik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası var. Tələbələr muzeydəki qədim alban qəbir abidələri ilə tanış olublar.

Sonra isə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq dərs” keçirilib.

Xatırladaq ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.