REGİONLAR


Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda dezinfeksiya işləri aparılıb

Qəbələ, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əməkdaşların və ziyarətçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə sentyabrın 9-da Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində təkrar dezinfeksiya işləri aparılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Direktor bildirib ki, dezinfeksiya işləri Qoruğun mühafizə postlarını, Arxeoloji Mərkəzin sərgi salonlarını, xidməti otaqları əhatə edib. Son günlər ölkə ərazisində virusa yoluxma sayının artması ilə əlaqədar Qoruq tərəfindən sanitar gigiyenik qaydalara nəzarət gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin hərarətinin ölçülməsinə, sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub. Qoruğun əməkdaşlarına və ziyarətçilərə karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı müvafiq təlimatlar verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.