REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda qədim şərabçılıq ənənələri ilə tanışlıq
Qəbələ, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda fəaliyyət göstərən “Savalan ASPİ Winery” MMC-nin əməkdaşları Azərbaycanda şərabçılıq ənənələrinin qədim tarixini daha dərindən öyrənmək məqsədilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Qonaqlar əvvəlcə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Antik ərazisində 2011-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan çaxır anbarının qalıqlarına baxıblar. Sonra şirkətin əməkdaşları Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan çaxır küpləri və çaxır üçün istifadə edilən qədim çaxır götürən gil qablarla yaxından tanış olublar. Mərkəzdə nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar qonaqların böyük marağına səbəb olub.