REGİONLAR


Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisində təmir və bərpa işləri aparılıb

Qəbələ, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Qala və Səlbir ərazilərinə keçid hissədə qoruğun əməkdaşları tərəfindən təmir-bərpa və abadlıq işləri aparılıb. Tarixi məkanlara giriş hissədə inşa olunmuş daş məlumat lövhələri və saxsı küplər təmir olunub, estetik görünüşü qorunmaqla bərpa edilərək yeni görkəmə gətirilib. Ərazidəki abidələrlə bağlı məlumatlandırıcı tikilinin istismar müddəti bitmiş daş hissələri bərpa edilib, şüşə lövhələrin üzərində olan məlumat vinilləri yenilənib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Direktor bildirib ki, bərpa işləri zamanı keçid hissədə olan mühafizə divarlarının üzərindəki işıqlandırma sistemləri də təmir olunub, giriş qapıları boyanıb, üzərinə ərazidə mövcud olan abidənin və konservasiyaların foto-şəkilləri vurulub.

Bundan əlavə, qoruq ərazisinə turizm marşrutu üzrə səfər edən ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə tarixi məkanların hərəkət zolaqlarının ətrafında olan yabanı alaq otları biçilib, ziyarətçilərə nümayiş olunmaq üçün təmiz vəziyyətə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.