REGİONLAR


Qəbələ “Ölkəmizi tanıyaq” tur-aksiyasının ilk iştirakçılarını qəbul edib

Qəbələ, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 10 rayonun məktəblilərindən ibarət qruplar səfərin birinci günü - noyabrın 14-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Karvansaray” və “Qafqaz Sport” otellərində yerləşən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının məktəbliləri nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində, Dəmiraparan çayının sahilində ağacəkmə aksiyasında iştirak ediblər. Yengicə kəndindəki zooparka ekskursiya da tur-aksiya iştirakçılarında xoş təəssürat oyadıb.

On rayonun məktəbliləri ekskursiyanın növbəti günlərində Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi məkanları, görməli yerləri ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.