İDMAN


“Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna “Qəbələ”-“Qarabağ” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Matçın 3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev hesabı açıb. Altı dəqiqə sonra İsmayıl İbrahimli hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində qapılara top vurulmayıb.

Beləliklə, “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib – 1:1.

İki günü əhatə edəcək turun növbəti oyunu “ASCO Arena”da keçiriləcək. Saat 19:15-də start götürəcək görüşdə “Keşlə” komandası “Sabah”ı qəbul edəcək.

Oktyabrın 20-də “Bakcell Arena”da təşkil olunacaq “Neftçi”–“Zirə” oyunu saat 17:00-da başlayacaq. Həmin gün “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 11 xal olan “Neftçi” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Zirə” (8), “Sumqayıt” (7), “Sabah” (5) və “Qəbələ” (5) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.