CƏMİYYƏT
Qəbələ, Şabran, Quba və Siyəzəndə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:35]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [18:55]