İDMAN


“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də “Qəbələ” futbol klubu UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız səfərdə Almaniyanın “Herta” klubunun qonağı olub.

Berlindəki “Vurfplats” stadionunda keçirilən oyunda “Herta” komandası minimal hesablı qələbə qazanıb – 1:0.

Üç həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, iki oyunun nəticəsinə görə, “Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.