İDMAN


“Qəbələ” - “Fehervar” oyununda birinci hissə başa çatıb

Bakı, 28 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Fehervar” oyununda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçən oyunun birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb. “Qəbələ”nin heyətində oyunun 34-cü dəqiqəsində Rövlan Muradov fərqlənib. Matçın 44-cü dəqiqəsində isə “Fehervar”ın oyunçusu Budu Zivzivadze hesabı bərabərləşdirib.

Matçı avstriyalı baş hakim Kristofer Yager idarə edir.

Macarıstanda oynanılan ilk matçda “Qəbələ” 1:4 hesabı ilə uduzub.

“Qəbələ” – “Fehervar” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.