REGİONLAR


Qəbələ festivalının iştirakçısı Yerusəlim Simfonik Orkestri Şəki musiqisevərlərinin qonağı olub

Şəki, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 5-də Şəki şəhərindəki “Marxal” istirahət kompleksinin yay teatrında İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin səyyar konserti olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə C.Rossininin “Seviliya bərbəri” operasından uvertüra, C.Bottezinin “Violin və kontrabas üçün konsert”, P.İ.Çaykovskinin “Violençel və orkestr üçün noktürn”, K.M.Veberin “Viola və orkestr üçün Adajio və rondo”, V.A.Motsartın “Fleyta və orkestr üçün konsert”, E.Saksenin “Trombon və orkestr üçün konsert” əsərləri səsləndirilib.

Konsertin sonunda kollektivə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.