İDMAN


“Qəbələ” futbol komandası Ruslan Abışovu heyətinə cəlb etmişdir

Bakı, 25 iyun (AZƏRTAC). 2014/2015-ci il mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirmişdir.

Klubdan AZƏRTAC-a bildirmişlər ki, daha əvvəl Ruslan Əmircanov, Andrey Kristea və Adrian Ropotan ilə müqavilə imzalamış “Qəbələ” komandası Ruslan Abışovu da heyətinə cəlb etmişdir. Rusiyanın “Rubin” klubuna məxsus futbolçu icarə əsasında 6 ay “Qəbələ”nin şərəfini qoruyacaqdır.

R.Abışov Azərbaycan milli komandasının aparıcı oyunçularındandır. O, yığma komandamızın heyətində 39 oyun keçirmiş və 4 dəfə rəqib qapılarına yol tapmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.