İDMAN


“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. İyirmi altı yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Fernan 2019/2020-ci il mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, komandada keçirdiyi 22 oyunda 3 qol vurub.

“Selta” klubunun yetirməsi olan Lopes 2011-2014-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və, “Barakaldo” klublarının da formasını geyinib. Fernan 2020/2021-ci il mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.