İDMAN


“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 14 avqust, AZƏRTAC

2020-2021-ci il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Qəbələ” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb. İyirmi üç yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib. O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində ümumilikdə 173 oyunda 4 qol vurub. O, 2019-2020-ci il mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib.

“Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.