İDMAN
“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb
Bakı, 14 iyun, AZƏRTAC
“Qəbələ” klubu iki futbolçu ilə yollarını ayırıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü il mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan N.Mehbalıyevin icarə müddəti başa çatıb. O, 2021-2022-ci il mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.
E.Şahverdiyev ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı il mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.