REGİONLAR


Qəbələ ilə tanışlıq xarici jurnalistlərdə zəngin təəssürat yaradıb

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycanda səfərdə olan bir qrup xarici KİV nümayəndəsi Qəbələyə gedib, rayonun qədim tarixi və turizm potensialı ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər Qəbələnin qədim tarixi, mədəniyyəti, adət-ənənələri, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası barədə məlumatlandırılıb.

Qonaqlar rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

Jurnalistlər Qəbələ ilə tanışlığın onlarda zəngin təəssürat yaratdığını söyləyiblər.

KİV nümayəndələri Azərbaycan həqiqətlərinin təmsil etdikləri media qurumları vasitəsilə öz ölkələrində geniş təbliği, eləcə də Ermənistanın həmin ölkələrdə həyata keçirdiyi lobbi siyasətinin qarşısının alınması baxımından bu kimi səfərlərin çox faydalı olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.