İDMAN


“Qəbələ” ispaniyalı müdafiəçi ilə danışıq aparır

Bakı, 7 sentyabr, AZƏRTAC

Yeni mövsüm öncəsi iki legioner transfer edən “Qəbələ”nin hədəfinə düşən daha bir futbolçunun adı açıqlanıb. Bu, Viktor Monjildir.

AZƏRTAC xəbər verir ki, klub ispaniyalı müdafiəçiyə 1+1 illik müqavilə təklif edib. İyirmi səkkiz yaşlı mərkəz oyunçusu “Volyadolid”in yetirməsidir. O, 2010-2012-ci illərdə bu klubun əvəzedici və əsas komandalarında çıxış edib. 2012-2014-cü illərdə “Atletiko B”nin formasını geyinib. Ardınca İspaniyanın aşağı liqalarında “Alkovano”, “Merida”, “Pontevedra” və “Levante B”nin uğurları üçün çalışıb. V.Monjil 2019-cu ildə Avropa Liqası çərçivəsində Tbilisinin “Dinamo” komandasının heyətində “Qəbələ”yə qarşı oynayıb.

Bu ilin əvvəlində Hindistana yollanan futbolçu ATK-nın heyətində 8 oyun keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.