İDMAN
“Qəbələ” klubu U-16 Liqasının 2016/2017-ci il mövsümünün qalibi olub
Bakı, 17 aprel, AZƏRTAC
Futbol üzrə U-16 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” çempionatın sonuncu – XXII turunda “Neftçi”ni qəbul edib. Bu matçadək “qırmızı-qaralar” 49 xalla 1-ci, paytaxt təmsilçisi 48 xalla 2-ci pillədə qərarlaşıb. Qızıl medalların taleyi baxımından böyük önəm daşıyan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu nəticə turdan əvvəl 47 xala malik “Vətən”ə də çempionluq şansı yaradıb. Lakin “Sumqayıt”la görüşdə 0:2 hesabı ilə məğlub olan bakılılar 3-cü pillədə qalıb. Əlli xal toplayan “Qəbələ” mövsümün çempionu adına yiyələnib.
Matçdan sonra mükafatlandırma mərasimi keçirilib, komandaya çempionluq kuboku təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]