İDMAN


“Qəbələ” klubu bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin komandası Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.