İDMAN


“Qəbələ” klubu kamerunlu qapıçı ilə ikiillik müqavilə imzalayıb

Bakı, 19 iyul, AZƏRTAC

2021-2022-ci il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, "Qəbələ" kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə ikiillik müqavilə imzalayıb.

İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof “Atletik Bilbao”, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.