İDMAN


“Qəbələ” klubu xorvatiyalı müdafiəçini heyətinə cəlb edib

Bakı, 19 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi İvitsa Yuniçi heyətinə qatıb. Otuz bir yaşlı müdafiəçi ilə 2019-cu ilin sonunadək qüvvədə olan müqavilə imzalanıb.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. İ.Yuniç sonra Avstriyanın “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşanın “QKS”, Ukraynanın “Volın”, “Çernomorets”, Rusiyanın “Orenburq” klublarında çıxış edib. Sonuncu mövsümün birinci yarısını Qazaxıstanın “Atırau” komandasında keçirən futbolçu bu ölkə çempionatında 18 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Baukunu heyətinə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.