İDMAN


“Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib

Bakı, 17 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubunda yeni məşqçi təyinatı gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində çıxış edən Rasim Ramaldanov məşqçi təyin olunub. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016-2017-ci il mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.

Xatırladaq ki, R.Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.