İDMAN
“Qəbələ” komandası “Neftçi”yə minimal hesabla qalib gəlib
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşması “Qəbələ” və “Neftçi” arasında oynanılıb. “Qəbələ” minimal hesabla rəqibinə qalib gəlməyi bacarıb-1:0. Belə ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matçda komandaların səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Görüşün ikinci hissəsində meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun əvəzləməsi oyunun nəticəsini müəyyənləşdirib. Üçillik fasilədən sonra “qırmızı-qaralar”a qayıdan Daniel Subotiç 77-ci dəqiqədə hesabı açıb. İsveçrəli hücumçu komanda yoldaşı Ürfan Abbasovun ötürməsini başı ilə tora göndərib.
Beləliklə, bu görüşdən sonra xalını 35-ə yüksəldən “Qəbələ” ikinci yerdəki mövqeyini qoruyub. “Neftçi” isə 10 xalla 7-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]