İDMAN


“Qəbələ” komandası səfərdə “Herta”nın qonağı olacaq

Bakı, 28 noyabr, AZƏRTAC

Bu gün “Qəbələ” futbol klubu UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, komandamız səfərdə Almaniyanın “Herta” klubunun qonağı olacaq.

Çempionlar yolunun ikinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Berlindəki “Vurfplats” stadionunda təşkil olunacaq görüşün baş hakimi Ferens Karako olacaq. Ona həmyerliləri Tibor Çatari və Norbert Bornemissa kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Almaniya təmsilçisi Lasse Kozlovski yerinə yetirəcək.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Üç həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.