İDMAN


“Qəbələ” komandasının “Panatinaikos” ilə oyunu Yunanıstan təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb YENİLƏNİB

Bakı, 3 avqust, AZƏRTAC

“Qəbələ”- “Panatinaikos” oyunu Yunanıstan təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Afina komandası iki görüşün nəticəsinə görə 1:3 hesabı ilə üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıb. “Qəbələ” klubu isə Avroliqada mübarizəni dayandırıb.

22:34

“Panatinaikos” “Qəbələ” ilə oyunda hesabda irəli çıxıb. Yunanıstan klubunda sonradan meydana çıxan Braian Kabazes 66-cı dəqiqədə hesabı artırıb.

22:27

“Qəbələ”-“Panatinaikos” oyununda hesab bərabərləşib. Yunanıstan komandasının heyətində yarımmüdafiəçi Robin Lod fərqlənib.

22:15

“Qəbələ” klubu “Panatinaikos” ilə oyunda hesabı açıb. Topu 53-cü dəqiqədə komandamızın üzvü Steven Jozef-Monrozun ötürməsindən sonra Yunanıstan təmsilçisinin futbolçusu Rodriqo Moledo öz qapısından keçirib.

21:55

“Qəbələ” “Panatinaikos” oyununun ilk hissəsi hər iki komandanın cəhdlərinə baxmayaraq 0:0 hesabı ilə başa çatıb. Birinci hissənin 18-ci dəqiqəsində “Qəbələ”nin heyətində İlqar Qurbanovun təhlükəli cərimə zərbəsini rəqib qapıçı dəf edib. Görüşün 43-cü dəqiqəsində komandamızın heyətində Deyvi Bultyuz, iki dəqiqə sonra isə Dion Malone real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər.

X X X

21:00

“Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda Azərbaycan komandasının start heyətində Dmitri Bezotosnı, Voyslav Stankoviç, Baqali Dabo, Endryu Hellidey, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, İlqar Qurbanov, Filip Ozobiç, Deyvi Bultyuz, Steven Jozef-Monroz yer alıblar.

Yunanıstan təmsilçisinin ilk onbirliyində meydana Odisseas Vlaxodimos, Omri Altman, Gilyerme Molins, Zeka, Robin Lod, Dmitres Korbelis, Niklas Hult, Dmitrios Kolovetsios, Rodriqo Moledo, Anastasios Çatziqiovanis, Usman Kulibali çıxıblar.

Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kreyq Pausondir. Ona həmyerliləri Li Betts və Adam Nunn kömək edirlər. Matçda dördüncü hakim funksiyasını isə Kevin Friend yerinə yetirir.

Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından növbəti mərhələyə yüksəlmək üçün “qırmızı-qaralar” bu oyunda mütləq iki top fərqi ilə qalib gəlməlidir.

Azərbaycan çempionatının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa, turnirin pley-off mərhələsinə adlayacaq.

Xatırladaq ki, bu komandalar iki il əvvəl Avroliqanın pley-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun yetirmələri səfərdə vurduğu qollar sayəsində rəqibindən üstün olaraq qrup mərhələsinə vəsiqə qazanmışdı - 0:0, 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.