REGİONLAR
Qəbələ məktəblisi: “Şahdağ” turizm kompleksi ölkəmizdə turizmin inkişafının göstəricisidir
Qusar, 20 noyabr, AZƏRTAC
“Şahdağ” qış-yay turizm kompleksi möhtəşəm istirahət məkanıdır. Qəbələ ilə Qusarın təbiəti çox oxşardır. Bizim rayonda da belə istirahət mərkəzi var. Bu, ölkəmizin turizm sahəsində inkişafının göstəricisidir. Ümumiyyətlə, olduğumuz hər bir rayonda inkişaf nəzərə çarpır. Yeni tikililər, parklar göz oxşayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı, Qəbələ məktəblisi Elsun Rzayev söyləyib.
Məktəbli Qusara ilk dəfə gəldiyini bildirib. “Ekskursiyamız düşündüyümdən də maraqlı keçir. Biz bu tur-aksiya zamanı Vətənimizin nə qədər qədim tarixə malik olduğunu gözlərimizlə görürük. Bizə ekskursiya etmək imkanı yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq”, - deyə E.Rzayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]