CƏMİYYƏT


Qəbələ rayonunda ev yanıb

Bakı, 18 yanvar, AZƏRTAC 

Qəbələ rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Seyidqışlaq kəndində ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə qeydə alınıb. Nəticədə evin dam örtüyü 55 kvadratmetr sahədə və iki otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.