CƏMİYYƏT
Qəbələ rayonunda karantin rejimi qaydalarının pozulduğu toy məclisinin təşkilatçıları cərimələniblər
Bakı, 26 oktyabr, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150-dən artıq qonağın iştirak etdiyi, həmçinin həmin məclislərin iştirakçılarının bəzilərinin COVID-19 pasportu olmadığı müəyyənləşib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy məclislərinin təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati qaydada cərimələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]