CƏMİYYƏT


Qəbələ rayonunda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Fərzi Babayevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, həmin şəxs yaşadığı Həmzəlli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib.

F.Babayev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.